Mehriban xanım Əliyevanın doğma Azərbaycanın uğurlarında öz yeri var
26-08-2026, 14:44. Разместил: heqiqet
Aprel və Vərən müharibəsindəki döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin, respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqəti Mehriban xanımın necə insanpərvər və humanist olduğunun əyani sübutudur. O, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsinin dövlət rəhbərliyi üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacib məsələ olduğunu göstərdiyi diqqət və qayğı ilə bir daha nümayiş etdirir.
Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır. Ən əsası, onun fəaliyyəti Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur. Yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Mehriban Əliyeva ona həvalə edilən bu vəzifəni layiqincə daşıyır.
Ümumiyyətlə, insan amilinin yüksəlişinə xidmət edən qlobal layihələri Heydər Əliyev ideyalarına sədaqətin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür. Şübhə yoxdur ki, fond butün sahələrdəki fəaliyyətini uğurla davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına söykənərək milli tərəqqi və intibah prosesinə layiqli töhfələrini verəcəkdir.
Son illər Heydər Əliyev Fondunun köməyi ilə tikilən məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin qorunması istiqamətində görülən möhtəşəm işlər, dünya mədəniyyətinə verdiyi töhfələr onu təkcə ictimai-siyasi xadim kimi yox, həm də görkəmli mədəniyyət hamisi kimi gözlərimizdə ucaldır. Mədəniyyətimizin köklərini minilliklərə bağlayan Mehriban xanım unudulmaqda, itib-batmaqda olan mədəniyyət incilərimizə həyat bəxş etdi, onları dünya arenasına çıxardı. Bütün bunlar onun UNESCO və ICESCO kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı fonunda daha aydın görünür. Bu gün Azərbaycan mədəniyyətinin bir çox nümunəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması görülən işlərin uğurlu nəticələridir.
Mehriban xanımın ad günüdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı və yorulmaz fəaliyyətində böyük uğurlar arzulayıram!

Tahir Məmmədov,
Yasamal Rayon Bələdiyyəsinin sədri
Вернуться назад