ADSEA-nın rəsmisi: İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri xüsusilə böyükdür
28-08-2024, 11:38. Разместил: heqiqet
Bunu "Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu: COP29 dəyirmi masa müzakirələri” adlı tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) aparat rəhbərinin müavini Ülviyyə Məmmədov bildirib.
O qeyd edib ki, effektiv su idarəetməsi ilə bu gün iqlim dəyişiklərinin mənfi təsirləri azaldıla, gələcək nəsillər üçün davamlı və dayanıqlı ekosistem təşkil edilə bilər. “Unutmaq lazım deyil ki, su sadəcə bir əmtəə deyil, həyatın özüdür. Hər damlası əvəzolunmazdır və biz nəyin bahasına olursa olsun onu qorumağa çalışmalıyıq. Bu istiqamətdə fiziki infrastruktur layihələri, yeni su anbarlarının tikintisi, suvarma kanallarının yenidən qurulması ilə yanaşı, yeni və alternativ su mənbələrinin formalaşdırılması, dəniz, təmizlənmiş tullantı, kollektor-drenaj və yağış sularından səmərəli istifadənin öyrənilməsi Agentlik tərəfindən prioritetləşdirilib”, - deyə Ü.Məmmədova bildirib.
Вернуться назад