Səfir tələbələrə Azərbaycan-İsveç əlaqələrindən danışıb
17-09-2024, 11:05. Разместил: heqiqet
Görüş zamanı səfir Zaur Əhmədov tərəfindən xarici tələbələrə Azərbaycanın xarici siyasət prioritetləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı vacib roldan söz açılıb.
Diplomat Cənubi Qafqazda gedən sülh prosesi, Azərbaycan-İsveç əlaqələri, Azərbaycandakı tarixi Nobel irsi barədə ətraflı məlumat verib.
Həmçinin noyabrda Bakıda keçiriləcək COP29-a hazırlıq işləri və digər məsələlər haqqında danışılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Daha sonra Azərbaycanın turizm imkanları, mədəniyyəti və mətbəxi haqda sənədli film nümayiş etdirilib.
Вернуться назад