DataLife Engine > idman > Millətlər Liqası: İtaliya Belçikanı, İngiltərə Yunanıstanı sınağa çəkəcək

Millətlər Liqası: İtaliya Belçikanı, İngiltərə Yunanıstanı sınağa çəkəcək


10-10-2024, 12:07. Разместил: heqiqet Bu gün UEFA Millətlər Liqasında III turun oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 10 görüş keçiriləcək.
Günün ən maraqla gözlənilən matçı A qrupunda İtaliya və Belçika arasında olacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.
Eyni saatda B qrupunun oyununda İngiltərə Yunanıstanı sınağa çəkəcək.

A Liqası
22:45. İsrail - Fransa
22:45. İtaliya – Belçika

B Liqası
22:45. Avstriya - Qazaxıstan
22:45. İngiltərə - Yunanıstan
22:45. Finlandiya - İrlandiya
22:45. Norveç- Sloveniya

C Liqası
20:00. Latviya - Şimali Makedoniya
22:45. Farer adaları - Ermənistan

D Liqası

20:00. Moldova - Andorra

22:45. Cəbəllüttariq - San-Marino

Qeyd edək ki, üçüncü turun görüşlərinə oktyabrın 12-də yekun vurulacaq.
Вернуться назад