Vətən müharibəsi veteranı haqq dünyasına qovuşdu
26-10-2024, 17:33. Разместил: heqiqet
Laçın rayonunun Mirik kəndində doğulmuş, hazırda Bakının Xəzər rayonunun Qala qəsəbəsində məskunlaşmış qəzetimizin əməkdaşı Sazbənd Mürsəl Ağalarova qardaşı Qarabağ müharibəsi veteranı, igid döyüşçü
Aydın Yaşa oğlu Ağalarovun
vəfatından kədərləndiklərini bildirir və mərhumun doğmalarına dərin hüznlə başsağlığı verirlər.
Aydın Yaşa oğlu Ağalarov Laçın rayonunun Mirik kəndində zəhmətkeş bir ailədə dünyaya gəlmişdi .
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini başa vurmuş , sonra isə öz doğma kəndinə işləməyə başlamışdı.Usta sənətinə yiyələnmişdi.
Vətənin başının üzərini qara buludlar alarkən silaha sarılaraq sərhəddimizi qorumağa başlamışdı. Dəfələrlə ölümlə üz-üzə gəlmiş və neçə- neçə düşmən qüvvələrini məhf edərək susdurmuşdu.
Qeyri bərabər müharibədə erməni quldurları arxalı sarıqulaq havadarları ilə birlikdə doğma Laçını işğal etdikdən sonra Aydın Ağalarov Bakının Qala qəsəbəsində məskunlaşmış və çətinliklərlə üzləşmiş və özünə ev eşik tikmişdi.Gözəl əl qabiliyyəti olan Aydın həm də usta idi.
Müharibənin təsiri, eləcə də vətən həsrəti onun səhhətində problemlər yaratmışdı.
Vətən müharibəsi veteranı haqq dünyasına qovuşdu.
Qala qəsəbəsində bazar günü mərhumun vəfatının yeddinci günü keçiriləcəkdir.
İgid bir döyüşçü qardaşımızı da itirdik .
Allahdan Aydın Ağalarova rəhmət diləyir , ailəsinə, böyük qardaşı Sazbənd Mürsəl Ağalarova və bütün doğmalara səbr diləyirik
Rauf İlyasoğlu,
Hamlet Abbasov,
Ənvər Məmmədov.
Вернуться назад