Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
11-11-2024, 10:18. Разместил: heqiqet
Hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Hadisə nəticəsində avtomobil yolun kənarındakı maneəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan 2007-ci il təvəllüdlü Fikrət Məmmədov, 2004-cü il təvəllüdlü İbrahim Adgözəlov və 2004-cü il təvəllüdlü Nuran Daşdəmirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Вернуться назад