DataLife Engine > siyaset >
Tonqa Krallığı Qanunvericilik Məclisinin sədri ölkəmizə səfərə gəlib
Tonqa Krallığı Qanunvericilik Məclisinin sədri ölkəmizə səfərə gəlib
14-11-2024, 21:03. Разместил:
heqiqet

Noyabrın 14-də Tonqa Krallığı Qanunvericilik Məclisinin sədri Lord Fatafehi Kinikinilau Fakafanua Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatları - Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Mircəlil Qasımlı və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Вернуться назад