ICESCO-da Məxdumqulu Fəraqinin 300 illik yubileyi qeyd olunacaq
18-12-2024, 10:42. Разместил: heqiqet
ICESCO-ya istinadla xəbər verilir ki, tədbirdə təşkilatın Baş direktoru, TÜRKSOY-un Baş katibi, Türkmənistanın nümayəndə heyəti, media və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Konfransda Fəraqinin həyat və yaradıcılığı, fəlsəfi fikirləri, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolu mövzuları müzakirə olunacaq. Konfrans çərçivəsində şairin həyatından bəhs edən sənədli film göstəriləcək. Tədbir qala-konsertlə yekunlaşacaq.
Вернуться назад