DataLife Engine > dunya > Gürcüstanın Acarıstan bölgəsində torpaq sürüşməsi baş verib

Gürcüstanın Acarıstan bölgəsində torpaq sürüşməsi baş verib


20-12-2024, 14:42. Разместил: heqiqet Güclü yağışlar və qar Gürcüstanın Acarıstan bölgəsində ciddi problemlər yaradıb.
Güclü leysan yağışları nəticəsində Acarıstanın Şuaxevi bələdiyyəsinin mərkəzi avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Xulo, Şuaxevi, Keda və Xelvaçuri bələdiyyələri ərazilərində xüsusi texnikalar yolun bərpası işlərinə cəlb olunub.
Bundan başqa, yolların qardan təmizlənməsi işləri də aparılır.
Magistral yolda avtomobillərin hərəkəti tam dayandırılıb, bəzi ərazilərə elektrik enerjisi və təbii qazın verilməsində problemlər yaranıb.
Вернуться назад