Dövlət Məşğulluq Agentliyi Asiya-Sakit Okean regionu üzrə müsabiqədə iki mükafata layiq görülüb
20-12-2024, 14:43. Разместил: heqiqet
Agentlik uğurlu aktiv məşğulluq tədbirlərinə, xidmətlərində obyektivlik və şəffaflığa, vətəndaşyönümlü yanaşmaya görə “Asiyanın Dövlət Xidməti Mükəmməlliyi Mükafatı” ilə təltif edilib.
Qurumun Mərkəzi Karyera filialı isə karyera məsləhəti sahəsində uğurlu layihələrinə görə “Asiyanın İlin Ən Yaxşı Kouçinq İnstitutu” mükafatına layiq görülüb.
Dövlət Məşğulluq Agentliyinin adı qalib olaraq “Asia Awards” mükafatının rəsmi səhifəsində də yer alıb. (https://www.asiaawards.org/news/azerbaijan-public-employment-agency-has-bagged-asia's-excellence-in-public-service-award)
Вернуться назад