Hindistanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb
6-01-2025, 12:14. Разместил: heqiqet
Sinxua agentliyinə istinadən xəbər verilir ki, xəstələr 3 aylıq və 8 aylıq körpələrdir.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 3 aylıq körpə müalicəsini ev şəraitində, digəri isə xəstəxana şəraitində davam etdirir.
Qeyd edək ki, metapnevmovirus infeksiyası sürətli gedişi ilə xarakterizə olunan kəskin respirator infeksiyadır. İlk dəfə 1968-ci ilin iyulunda Honkonqda qeydə alınıb. Əsasən hava damcıları və daha az dərəcədə məişət təmasları ilə ötürülür. İnfeksiyanın əsas əlamətləri öskürək, burun axması, nəfəs darlığı, qızdırma, başağrısıdır.
Вернуться назад