Qazaxıstan taxılının Azərbaycana tədarükü 2024-cü ildə 86% artıb
9-01-2025, 09:17. Разместил: heqiqet
"Qazaxıstan Dəmir Yolları"nın mətbuat xidmətinə istinadən xəbər verilir ki, daxili daşımalar 13% artaraq 2,5 milyon tonu ötüb, ixrac isə 8,1 milyon ton təşkil edib.
Azərbaycan istiqamətində taxıl daşımalarının həcmi 2024-cü ildə 86% artıb.
Oxşar müsbət dinamika digər ölkələrlə ticarətdə də müşahidə olunur: Tacikistana ixrac 20%, Qırğızıstana 92%, İrana tədarük isə iki dəfə artıb.
Вернуться назад