Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkür edib
13-01-2025, 12:14. Разместил: heqiqet
Aleksandar Vuçiç bu barədə sosial media hesabındakı paylaşımda qeyd edib.
“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya təbii qaz nəqli dayandırılmayacaq. Azərbaycana və Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm, onu tezliklə Belqradda qarşılamağı səbirsizliklə gözləyirəm”, - deyə Serbiya Prezidenti vurğulayıb.
Вернуться назад