DataLife Engine > hadise > Sabirabadda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb

Sabirabadda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb


21-01-2025, 11:41. Разместил: heqiqet Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Əliş Hüseynovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan satış məqsədilə əldə etdiyi, ümumilikdə, 1 kiloqrama yaxın narkotik vasitələr olan metamfetamin, marixuana və psixotrop tərkibli həblər aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, Ə.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.
Вернуться назад