Tramp: ABŞ dünyanı yüz illər boyu enerji ilə təmin edə bilər
24-01-2025, 12:03. Разместил: heqiqet
Bu fikri ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalının efirində səsləndirib.
"Biz dünyanı yüz illərlə enerji ilə təmin edə bilərik. Biz hazırda ən yaxşı enerji resursunu tədarük edə bilərik, çünki təbii qaz təmiz və effektlidir", - deyə o vurğulayıb.
Tramp bundan əvvəl də bildirmişdi ki, onun administrasiyası ölkədə karbohidrogen hasilatını artırmaq üçün addımlar atacaq və külək energetikasının inkişafından imtina edəcək.
Вернуться назад