Azərbaycanın və Pakistanın Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat imzalanıb
24-01-2025, 12:15. Разместил: heqiqet
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.
Sonda “Azərbaycan Ordusunun Quru Qoşunları ilə Pakistan Ordusunun Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat” imzalanıb.
Вернуться назад