DataLife Engine > gundem / yazarlar > Cəlil Məmmədquluzadə müasirimizdir

Cəlil Məmmədquluzadə müasirimizdir


10-02-2025, 16:16. Разместил: heqiqet Cəlil Məmmədquluzadə müasirimizdir "Sizi deyib gəlmişəm, ey mənim Müsəlman qardaşlarım". Bu fikir dahi yazıçımız Cəlil Məmmədquluzadəyə məxsusdur. Bu gün onun anadan olduğu gündür. İstərdim ki, M.Cəlili elə olduğu kimi tanıyaq.
Səni deyib gəlmişik, Ustad!
Dünyaya gözünü açarkən dünyanı qaranlıq görən ədibimiz Mirzə Cəlil. Nə idi bu qaranlıq dünya? Bəlkə mövhumat işində yaşayan xalqın bağlı gözləri ilə baxırdı dünyaya. Bəlkə hamımızın gördüyü o qaranlıq dünyanı işıqlandırmaq istəyirdi. Axı biz də görürdük, amma onun kimi deyə bilmirdik. Qaranlıq dediyimiz dünya da kimlər idi? Gülbahar, Nazlı, Novruzəli, Kefli İsgəndərmi? Bəlkə də verdiyi sözün üstündə dura bilməyən Qurbanəli bəyin dünyası, yoxsa savadsız olduğundan poçt işçisini döyüb divanxanaya düşən İtqapan kəndinin sakini Novruzəlimi? Yoxsa ölü diriltmək adı ilə milləti aldadan İsfahandan gələn Şeyx Nəsrullahmı? Əslində saydığım insanların hamısı M. Cəlilə yad insanlar deyildi.
Sən millətin dərdini çəkdin, bir bu boyda millət səni zamanında düz anlamadı. Bəlkə bu gün Azərbaycan millətini dünyaya tanıtmaqda ilk toxumu səpənlərdən biri bəlkə də birincisi olmusan. Axı sən öz millətinin maariflənməsi, savadlı olması üçün əlindən gələni etdin.
“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur”(M.Cəlil). Bizə də yadigar qalan sənin dillər əzbəri olan və qanadlı misralara çevrilib ürəklərdə həkk olan sözlərin oldu.
"Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, mənim müsəlman qardaşlarım" (M.Cəlil) Sözümü tamam etdim... Bəlkə də, demək istədiklərimin hamısını deyə bilmədim. Ustad! Sən elə bir dahisən ki, sənin haqqında yazmaq üçün, səni elə olduğun kimi anlamaq lazımdır. "Allah sizə rəhmət etsin, Ölülər” Allah Sənə rəhmət eyləsin, Ustad!


Ellada Həziyeva,
Bakl şəhər Səbail rayon Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki - Humanitar liseyin müəllimi

Вернуться назад