Nazirliyin proaktiv xidmətləri Sinqapurun “Gazet International Global Magazine” jurnalının mükafatına layiq görülüb
11-02-2025, 10:43. Разместил: heqiqet
Layihə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və müsabiqənin “2024-cü il üzrə Azərbaycanın ən yaxşı ödəniş mexanizmi” mükafatına layiq görülüb. https://gazetinternational.com/awards-2024/
Sözügedən müsabiqədə müxtəlif ölkələrdən 300-dək nüfuzlu qurum iştirak edib.
“Gazet International Global Magazine” jurnalının əsas missiyası oxucuları sürətlə inkişaf edən qlobal mənzərəni idarə etmək üçün lazım olan biliklərlə təmin etməkdir.
Qurum beynəlxalq arenada öz innovasiyaları, xüsusi nailiyyətləri və strategiyaları ilə fərqlənən qurumları təltif etmək üçün illik əsasda müsabiqələr təşkil edir.
Вернуться назад