Əməliyyat zamanı TikTokda canlı açan cərraha xəbərdarlıq edildi
19-02-2025, 12:38. Разместил: heqiqet
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb.
"Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib", - açıqlamada bildirilib .
Qeyd edək ki, "National Prime Hospital"ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı TikTokda canlı yayım açıb.
Вернуться назад