DataLife Engine > iqtisadiyyat > Bakıda bir gündə 40-dan çox avtobus qəza nəticəsində zədələnib

Bakıda bir gündə 40-dan çox avtobus qəza nəticəsində zədələnib


24-02-2025, 20:19. Разместил: heqiqet Bakıda bir gündə 40-dan çox avtobus qəza nəticəsində zədələnib Fevralın 23-də qarlı və şaxtalı hava şəraitində Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, fevralın 21-dən Bakıda və bölgələrdə qarlı və şaxtalı hava şəraiti müşahidə edilir.
Вернуться назад