Xətai Sənət Mərkəzində "HÜSNÜNƏ AŞİQ" ADLI QRUP SƏRGİSİ keçiriləcək
12-03-2025, 13:12. Разместил: heqiqet
Məqsəd mənəvi dəyərlərimizi unutdurmamaq və gələcək nəsillərə ötürməyə xidmətdən ibarətdir.
AÇILIŞ: 15 mart 2025-ci il, saat 13:00
Şərgidə iştirak edən rəssamlarımız:
Ayten Əliyeva - filoqrafiya sənətcisi,
Fadime Yildirim - təzhib sənətcisi,
Fatimə Babayeva - rəssam,
Gülhan Baydəmir - xəttat,
Məryəm Bağırlı - ebru sənətcisi,
Pərvanə İsayeva - rəssam,
Rəşad Rəyyan Quran Qarisi - xəttat,
Sabina Nadir - rəssam,
Sahilə Rəxdari - rəssam,
Turan İlham - rəssam-sənətsunas,
Vusale Qasimova - rəssam,
Vusalə Osmanova - bədii tikmə sənətcisi
Zaur Orucov - sənətsunas
Miniatür-təsvir üsulu olmaqla bitki, heyvan, insan və ya məkan təsvirlərindən ibarətdir. Dövrünün sənət anlayışına görə əsasən iki ölçülü və perspektivsiz hazırlanmış təsvirlərdir.
Təzhib Türk və İslam dünyasında yaranmış incəsənət növdür əsasən üslublaşdırılmış bitki formaları, ya da müxtəlif dizaynlardan ibarət olan simmetrik əsərlərdir.
Xəttatlıq və ya kalliqrafiya-müasir dövrdə bəzi dini yazılarda, xüsusi sənəd yazılışında, dəvətnamələrdə, yubiley və şənlik təbriklərində, qrafik işlərdə, daş yonmalarında və tarixi sənədlərin təkrarında, həmçinin televiziya monitor yazılarında, müəyyən xasiyyətnamələrdə
və əllə yazılması nəzərdə tutulan sənədlərdə istifadə edilir.
Təkəlduz-tikmə rəngli qalın parça üzərində qarmaqla icra olunan ornamentli bədii tikmə üsuludur. Qurama- müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn dekorativ əhəmiyyət bu tikmə üsuludur.
Bədii tikmə -bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma üsuludur.
Filoqrafiya - saplarla mismar üzərində işləmə üsuludur.
Hüseynbala Həsən
Вернуться назад