DataLife Engine > sehiyye / gundem > Həkim – mənəvi ehtiyacların güvənc yeri

Həkim – mənəvi ehtiyacların güvənc yeri


15-03-2025, 21:09. Разместил: heqiqet Fitrətən fazil insanlar həyata az-az gəlirlər. Allah belələrini çoxundan fərqləndirir. Bu hal cəmiyyətdə əslində, yaşla deyil, başla təsbit olunur – yəni yaşın çoxluğu və ya azlığı fazil insan olmaq üçün əsas deyil...
Səmimi deyək ki, isməti, vicdanı təmiz, insanlar arasında dərin hörmət və rəğbət qazanmış plastik-rekonstruktiv cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov da belə fazil insanlardan, həqiq mənada vicdanlı həkimlərdən biridir. Çünki onun ürəyi Allaha sevgi ilə doludur.
Xeyirxah insanları təbii ki, Allah öz sevgisi ilə mükafatlandırır. Dilqəm Məhərrəmovun içindəki Allah xofu onun nə qədər sadə və gərəkli bir insan olduğuna zəmin verir. Onun xeyirxahlıq missiyası cəmiyyət üçün başlıca vəzifədir. Bir tərəfdən, zəhmətkeş və təvazökar olması da onun haqqında yüksək fikirlər deməyə əsas verir.
Əgər bir insan üçün mənəviyyat onun həyatının əsasıdırsa, onu daim hörmət və ehtirama layiq görməliyik. Çenki elə insanlar daim xalq təəssübü çəkir, daim öz vicdanlarının səsi ilə hərəkət edirlər. Dilqəm Məhərrəmovun içindəki mənəvi yüksəliş imkan verir deyək ki, bu çağa qədər onu tanıyanlar onun haqqında xoş sözlər deyir, onlar üçün çəkdiyi zəhmətinin bəhrəsini dadırlar.
Dilqəm Məhərrəmov M.A.Topçubaçov adına ECM-nin böyük elmi işçisidir, plastik- rekonstruktiv və estetik cərrahdır. ATU-nun “Müalicə işi” fakültəsini bitirib. Artıq cəmiyyətdə hörmət və nüfuz qazanmış bir həkim-cərrah kimi sevilir, həkim bacarığı geniş şəkildə təbliğ və təqdir olunur.
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə mərkəzində cərrahiyyə ixtisası üzrə aspirantura təhsili alan Dilqəm Məhərrəmov sadiq bir Vətən övladıdır. Əqli qüdrəti, şəxsiyyət bütövlüyü xüsusi ehtirama layiq olan bu istedadlı həkim-cərrah daim öz işinin məsuliyyətini öz üzərində hiss etmək fikri ilə yaşayır və buna görə də hər kəsdə dərin inam yaradır.
Gülərüz, istiqanlı, mehriban olması da bir tərəfdən onun bir insan, bir həkim kimi sevilməsinə təsir edir...
Dilqəm Məhərrəmov M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi vəzifəsində çalışanda da məhz ali duyğularla öz peşəsinə yanaşmış, bu sahədə müəyyən uğurlara imza atmaq fikrində olmuşdur. Həmin müddət ərzində o, disertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, bu işin mükəmməl alınmasında əlbəttə, birinci Allaha, sonra öz elmi bacarığına minnətdar olmuşdur. O, artıq bir sıra mötəbər tibbi təşkilatların, məsələn, Azərbaycan Plastik Cərrahiyyə dərnəyinin, Azərbaycan Estetik Təbabət Assosiyasoyasın, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin və s. üzvüdür. Hal-hazırda da Baku Medikal Plaza - Medi Lux-də plastik-rekonstruktiv və estetik cərrah işləyir. Onun xarici ölkələrdə etdiyi məruzələrdə tibbi yüksəlişlərlə yanaşı, cəmiyyətin əsas xarakterləri, xəstələrə doğma münasibət və s. həssas elementlərdən olmuşdur.
Hazırda Dilqəm Məhərrəmovun içində modern duyğular çağlayır. O, öz peşəsinə zərgər dəqiqliyi ilə yanaşır, yenilikçi ruhla öz peşəsinə sevgi nümayiş etdirir.
Bir atalar sözün deyilir: “Cahil sərvət yığar, aqil hikmət”. Burada böyük məna var. Məhz bu mənada fikir formalaşdırdığı üçün Dilqəm Məhərrəmov işi müqabilində insanların sevgisini qazanır, onların ürəyində özünə yer edir.
Təbii ki, cəmiyyətin alqışladığı insanı Allah da tərif edir. Dilqəm Məhərrəmovun alqışa layiq görülməsi Allahın ona sevgisi və lütfüdür. Zaman tədbirli və ehtiyatlı insan kimi onu diqqətdə saxlayır. Əgər bu diqqət varsa, deməli, Dilqəm həkimə böyük el sevgisi də var. Bunu isə o, özü, sədaqətli həkim peşəsi sayəsində qazanıb.
Nadir dühalar yetişdirən xalqımız xoşbəxtdir ki, onun Dilqəm Məhərrəmov kimi bacarıqlı, sülhsevər, istiqanlı, ən əsası, istedadlı, əlləri qızıl bir həkim oğlu var!
Həkim, əslində mənəvi ehtiyacların güvənc yeridir. Bu gün bu güvənc yerlərindən biri də məhz Dilqəm Məhərrəmovdur.
Allahdan Dilqəm Məhərrəmova - əllərinin, bıçağının şəfasi ilə neçə-neçə xəstəyə sağlamlıq və gözəllik nəsib edən dəyərli həkimə can sağlığı, uzun ömür, bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirik.

İlkin Əzizxanoğlu
Вернуться назад