Gəncədə yol qəzasında 1 nəfər ölüb, 1 nəfər yaralanıb
4-04-2025, 12:34. Разместил: heqiqet
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. İlkin məlumata görə, VAZ-2106 markalı maşınla BMW markalı avtomobil toqquşub. Qəza nəticəsində “Jiquli”də olan 1973-cü il təvəllüdlü Talib Cabbarov həlak olub, 2006-cı il təvəllüdlü qızı Gülnarə xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад