DataLife Engine > sosial / gundem > BUGDANIN SARI PAS XƏSTƏLİYİ

BUGDANIN SARI PAS XƏSTƏLİYİ


6-04-2025, 20:11. Разместил: heqiqet BUGDANIN SARI PAS XƏSTƏLİYİ İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru


Dünyanın bütün regionlarında rast gəlinən xəstəliklərdəndir. Ölkəmizdə də buğdanın geniş yayılmış və təhlükəli xəstəliklərindən biridir. Xəstəlik buğdadan əlavə çovdar, arpa bitkilərini, eyni zamanda dənlilər fəsiləsinə mənsub olan alaq bitkilərini də yoluxdurur. Bu xəstəliyi Puccinia striiformis f. sp. tritici West. göbələyi törədir. Aqressiv göbələkdir, obliqat parazit olmaqla canlı toxuma hesabına yaşayır. Xəstəliklə bitkinin yarpaqları, yarpaq qınları, sünbül pulcuqları, dənlər yoluxurlar. Yoluxan yarpaqların alt tərəfində sarı limonu rəngli, pasa oxşar, yarpaq ayası boyunca punktrli ləkələr formalaşır. Müəyyən müddətdən sonra belə simptomlar yarpaqların üst tərəfində də əmələ gəlir. Xəstəlik törədicinin simptomları kifayət qədər asan diaqnostika olunur. Patogen uredo mitsel formasında dənlilərin bitki qalıqlarında saxlanır, amma yoluxmuş dənlərdə də qışlayır. Fitopatogen orqanizm ekoloji amillərə qarşı çox tələbkardır, 100%~ə yaxın nisbi rütubət və 10-12C temperaturda fəal inkişaf edir. Adətən yaz soyuq və yağmurlu keçdikdə xəstəlik kütləvi inkişaf edə bilir.
Mübarizə tədbirləri:
1. Sahədə şumlama, torpağın becərilməsi, torpağın aqrokimyəvi analiznə uyğun gübrə normalarının verilməsi, səpin müddəti və normasına əməl edilməsi vacib şərtlərdəndir. Davamlı sort və alaq otlarını məhv edilməsi də çox önəmlidir.
2. Ən vacib aqrotexniki tədbirlər kompleksinə daxil olan növbəli əkin dövriyyəsin əməl edilməlidir.
3. Səpinə 2 həftə qalmış toxumlar ölkədə tətbiqinə icazə verilən toxum dərmanlarından biri ilə dərmanlanmalıdır.
4.Bütün bu tədbirlərin fonunda xəstəliyin yayılma arealının genişıənməsi fonunda fungisidlərin tətbiqi zəruridir.
5. Çiləmə zamanı tərkibində bir-necə təsiredici maddə olan fungisidlərdən biri ilə çiləmə həyata keçirilməlidir. İşçi məhlulun məsarifi 350-400 l/ ha-dır.
6. Tövsiyyə ediıən fungisidlər aşağıdakılardır:
a). Alto super- 0,5 l /ha
b).Tilt- 0,5 l/ ha
c). Amistar trio- 0,8-1,5 l/ ha
d). Titul duo-0,3 l/ ha








Вернуться назад