DataLife Engine > siyaset > Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib


10-04-2025, 20:03. Разместил: heqiqet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün aprelin 10-da Türkiyəyə işgüzar səfərə gəlib.

Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.
Вернуться назад