DataLife Engine > medeniyyet > Muzeydə 28 May - Müstəqillik gününə həsr olunmuş intellektual tədbir keçirilib

Muzeydə 28 May - Müstəqillik gününə həsr olunmuş intellektual tədbir keçirilib


22-05-2025, 17:00. Разместил: heqiqet Milli Azərbaycan Tarixi Muzeyində 28 may - Müstəqillik gününə həsr olunmuş “28 May –Müstəqilliyimizin şanlı tarixi” adlı intellektual tədbir keçirilib. Tədbirdə İdrak Liseyinin müəllim heyəti, şagirdləri və muzey əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra muzeyin İnnovasiyalar və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək, 28 may Müstəqillik gününün Azərbaycan tarixində mühüm, əlamətdar hadisə olduğunu qeyd edib və tədbirin əhəmiyyətindən danışıb. F.Şəmsi bildirib ki, Milli Azərbaycan Tarixi Muzeyində belə tarixi, əlamətdar günlər mütəmadi olaraq keçirilir və bu gənc nəslin maariflənməsində mühüm əhəmiyyət kəsb edir.
Daha sonra muzeyin əməkdaşı Aynur Babayeva foto-slayd təqdimatı ilə “Cümhuriyyət dövrü tariximizin öyrənilməsi Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında” adlı mühazirə ilə çıxış edib. A.Babayeva bildirib ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli bayramıdır. 
Tədbirdə İdrak liseyinin şagirdləri arasında “Xəmsə” adlı intellektual oyun keçirilib. Müstəqillik gününə həsr ounmuş maarifləndirici oyunda 4 komanda iştirak edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi və fəaliyyəti dövrünə aid səsləndirilən suallara hər bir komandanın iştirakçıları düzgün cavab verib və fəal iştirak ediblər. Şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirərək həm fərdi, həm də komanda şəklində rəqabət aparıblar. Sonda isə 2400 bal nəticə ilə “Topçubaşov” adlı komanda qalib seçilib.
Bütün iştirakçılara muzeyin adından sertifikatlar təqdim olunub, qalib komandaya isə Fəxri fərman, muzeyin kataloqları və qalibiyyət simvolu olan kubok təqdim edilib. Tədbirin təşkilatçılarına isə təşəkkürnamə və muzeyin maraqlı nəşrləri hədiyyə olunub.
Tədbirin sonunda tədbir iştirakçıları Muzeyin Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən ekspozsiya zalları ilə tanış olublar.


Вернуться назад