Bitki Mühafizə və Texniki Bitkilər ETİ Lerikdə “Bitkilərin xəstəlik və zərərvericiləri, onların idarə edilməsi” mövzusunda seminar keçirib
22-05-2025, 18:10. Разместил: heqiqet
İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru
Dəyərli dostlar, Bitki Mühafizə və Texniki Bitkilər ETİ olaraq bitki xəstəlik və zərərvericiləri, onların idarə edilməsi mövzusu üzrə fermer, mütəxəssis, iş adamlarının maarifləndirilməsi istiqamətində fəaliyyətlərimiz davam edir. Bu gün tədbiri Lerik rayonu DAİM- lə birlikdə keçirdik. Tədbirin yüksək səviyyəfə təşkili üçün Lerik DAİM sədri, məzunumuz Cahani müəllimə, tələbə yoldaşlarım Xalıqverdi və Zəfərə, qatqısı olan hər kəsə dərin təşəkkürlərimi bildirirəm. Tədbirdə yüksək səviyyədə təqdimatlar edən işçilərimdən Qabil, Sevinc, Xurşid, Gülcamala dərin hörmətimi izhar edirəm. Bütün texniki məsələlərdə ən yüksək səviyyədə institutu təmsil edən Natella xanıma təşəkkürlər. Böyük təşəkkürlər Lerik fermerlərinə! Var olun!
Вернуться назад