DataLife Engine > hadise > Siyəzəndə minik maşını aşıb, bir ailənin 4 üzvü yaralanıb

Siyəzəndə minik maşını aşıb, bir ailənin 4 üzvü yaralanıb


23-05-2025, 11:04. Разместил: heqiqet Dünən Siyəzən rayonunda baş verən qəzada 4 nəfər xəsarət alıb.

Hadisə Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Siyəzən şəhər sakini, 1986-cı il təvəllüdlü Samir İlqar oğlu Əkbərovun idarə etdiyi “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində sürücü və maşında olan sərnişinlər - 1990-cı il təvəllüdlü Rəvanə Rəşad qızı Əkbərova, 2009-cu il təvəllüdlü Aysu Samir qızı Əkbərova və 2015-ci il təvəllüdlü İlkin Samir oğlu Əkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад