Yeznəsini qətlə yetirmiş baldız tutulub
21-10-2015, 17:24. Разместил: heqiqet
Sumqayıtda qohumlar arasında yaranan mübahisə bir nəfərin ölümü ilə nəticələnib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan Almurad Babayevin evində baldızı Rəbiyyə Sultanova münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən A.Babayevin həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Sultanova tutulub.
Вернуться назад