DÜNYANI İDARƏ EDƏ BİLƏCƏK İYİRMİ PRİNSİP
31-07-2025, 09:58. Разместил: heqiqet
2. Ədalət prinsipi. Bütün fəaliyyətdə ədalət meyarları əsas götürülüb ona arxadanmalıdır. Ən müxtəlif vəziyyətlərdə, mütləq ədalət kriteriyası mövcuddur.
3. Demokratizm prinsipi. Bütün hallarda ölkənin, dövlətin, mlli sərvətlərin, mədəniyyətin mənbəyi və sahibi xalqdır.
4. Milli-etnik, həmçinin dini münasibətlərdə barışmaz ziddiyyətlərin olmaması prinsipi. Tarixi inkişaf prosesində müxtəlif coğrafi məkanlarda min illər ərzində formalaşmış müxtəlif dilli, müxtəlif mədəniyyətli çoxsaylı, azsaylı xalqlar arasında yaradılışdan barışmaz ziddiyyətlər olmamışdır.
5. Ərazi mənsubiyyətinin tarixi inkişaf prosesinin məhsulu olması və artıq dəyişilməzliyi prinsipi. Mövcud beynəlxalq hüquqa görə ərazi bütövlüyü toxunulmazdır.
6. Regional-qlobal münasibətlər kontekstində regionçuluq və qlobalizmin yolkeçilməzliyi prinsipi. Hər hansı region əlahiddə imtiyazlara malik ola bilməz. Həmçinin regionun problemlərini ən yaxşı halda region dövlətləri bilir və faktiki olaraq yaşayırlar. “Qlobal güc”lərin müdaxiləsini mütləqləşdirmək yolverilməzdir.
7. Multikulturalizmin alternativinin olmaması prinsipi. Fərqli dilli, fərqli mədəniyyətli, adət-ənənəvi insanların birgə yaşayan özündə ehtiva edən multikulturalizm bəşəriyyətin əldə etdiyi 2-ci ən böyük nailiyyətidir. Multikulturalizmə alternativ mllətçilik, irgiçilikdir. Millətçilik, irgiçilik savaş predmeti olub çoxdan tarixin arxivinə atılmışdır.
8. Başqalarının bədbəxtliyi üzərində qurulan xoşbəxtliyin yolverilməzliyi prinsipi. Məncə şərhə ehtiyac yoxdur. Prinsip aksiomatik olaraq qəbul olunur. Hətta elə insanlar vardır ki, onların bədbəxtliklə heç bir əlaqəsi olmadığı halda hesab edir ki, əgər dünyada bu qədər bədbəxt insanlar vardırsa o özünü necə xoşbəxt hesab edə bilər. Empatiya prinsipinə əsasən.
9. Bir milli marağın digər milli maraqlara xələl gətirməməsi prinsipi. Dövlətlərarası münasibətlərin tənzimlənməsində bu prinsipin əhəmiyyəti xüsusilə böyükdür.
10. Daxili və xarici siyasətin obyektivləşməsi prinsipi. Müasir dövrdə necə deyərlər hamı ağı qaradan seçir. Belə olduğu halda daxili və xarici siyasətin obyektivləşməsi ön plana keçir.
11. Hər bir insanın əvəzolunmaz və təkrar olunmazlığı prinsipi. Bu fenomenin dərk olunması yer üzünün əşrəfi olan insana verilmiş yüksək qiymət, eyni zamanda humanizmin təntənəsi olar.
12. Dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi. Bu prinsip beynəlxalq hüququn tərkib hissəsi olub hal-hazırda ilk növbədə “qlobal güc”lər deyilən dövlətlərə şamil edilməlidir.
13. Dövlətlərarası münasibətlərdə “Bumeranq effektinin” olması prinsipi. Heç kim təsirin əks təsir yaratdığını, yaxud təsirin əks təsirə bərabər olmasını unutmamalıdır.
14.Təbiətin özünütənzimləmə prinsipi. Ekologiyanın fundamental qanunlarından biri.
15. Təbiətə kritik müdaxilənin yolverilməzliyi prinsipi. Təbiətə kritik müdaxilə. Təbiətin özünütənzimləmə prinsipi pozur. Nəticədə ekoloji böhran üçün zəmin yaramır.
16. Sadəlik prinsipi. Təbiət özünütəşkiletmə prosesində ən sadə olanı seçir.
17. Ədalətli rəqabət prinsipi. Rəqabət prosesinin qanuni əsaslara həyata keçirilməsi.
18. Empatiya prinsipi. Bu özünü başqa insanın yerinə qoyaraq onun hiss və düşüncələrini anlamaq, paylaşmaq qabiliyyətidir. Başqasının dərdinə şərik olmaq hissidir.
19. Qlobal problemlərə: iqlim dəyişikliyi, içməli su problemi. 200-ə yaxın müalicəsit məlum olmayan irsixəstəliyin olması, onkoloji xəstəliklərin tüqyan etməsi, 50-dən artıq münaqişə ocağının olması, müharibələrin olması, dünyada artan sürətlə silahlanma, 1,1 milyarddan artıq əhalinin yoxsulluq şəraitində yaşaması, milli-etnik, dini zəmində gərginliyin yaşanması, ekspansiyanizmin baş qaldırması və sairəyə qlobal yanaşma prinsipi.
20. Yer planetinin tamlığı prinsipi. Planetin taleyüklü məsələlərini – qlobal problemləri həll etmək üçün tamın hissələri bir araya gəlib bir istiqamətdə çalışmalıdır.

Əliyev Məsum Kamal oğlu,
Kürdəmir rayon Karrar Ailə sağlamlıq mərkəzinin bölmə müdiri.
29 iyul 2025-ci il
Вернуться назад