"Çörəyi ver çörəkçiyə..."
1-08-2025, 17:12. Разместил: heqiqet
Bütün sənətlər gözəldir; lakin insan aid olduğu sənəti mükəmməl biləndə, onu cəmiyyətə sevdirəndə, yüksək peşəkarlıq nümayiş etdirəndə, o sənət daha populyar, daha mükəmməl olur...
Haqqında danışacağım şəxs də sənətinin vurğunu, sənət dəyərlərini ailə dəyərləri qədər əziz tutan peşəkar və səriştəli həkim Ceyhunə Kazımlıdır. Səmimi deyim ki, Ceyhunə xanım günümüzün vacib reallığı olan "estetik gözəllik", "10 yaş cavanlaşma" və s. kimi ifadələri işində həqiqətən həyata keçirən, sözün əsl mənasında sənət nümayiş etdirən həkimdir. Hələ bu baxtadək kimsə ondan narazı qalmayıb...
Ceyhunə Kazımlı 2005-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin cərrah-həkim ixtisasını fərqlənmə ilə bitirmişdir. Yüzlərlə estetik əməliyyat həyata keçirmiş, yüksək peşəkarlığı sayəsində daim ona müraciət edən insanların sevgisini qazanmış, gördüyü işlə onların zövqünü oxşamışdır.
Ceyhunə Kazımlının müsahibə zamanı dedikləri də onun işinə - sənətinə olan sevgisinin bariz ifadəsidir:
- Xarici görünüş müasir həyatda vacib bir amil halına gəlmişdir və bu səbəbdən, günümüzdə insanlar sadəcə, ruhən deyil, xarici görünüşləri ilə də özlərini yaxşı hiss etmək istəyirlər...
Əslində, gözəllik zaman və məkan ilə dəyişən şərti bir qavrayışdır. Estetik cərrahi prosedurun lazım olub-olmaması insanın öz qərarıdır. Biz həkimlər də bu mərhələdə öz elmi yığım və təcrübələrimizi ortaya qoyaraq insanları məlumatlandırır, məntiqli və əldə edilə bilən bir alternativə istiqamətləndiririk.
Amma gəlin açıq danışaq ki, bu gün adi salonda işləyən bəzi kosmetoloqlar da özlərini estetik həkim kimi tanıdaraq onlara müraciət edənlərin üzündə və ya bədənlərində mümkün oldu, olmadı, müəyyən prosedurlar tətbiq edirlər. Bu da sonda ağır nəticələrə gətirib çıxarır.
Son zamanlar xüsusilə də bədənşəkilləndirmə əməliyyatlarında yaranan fəsadların ən böyük səbəbi cərrahi ixtisasa malik olmayan həkimlərin bu sahədə özlərini sınamasıdır. Bunun üçün də yaxşı olardı ki, belə əməliyyatları aidiyyəti ixtisasa malik olan həkimlər, yəni cərrahlar icra etsinlər. Məsələn, abdominoplastika əməliyyatlarında 80-90 faiz hallarda pasientlərdə qrija, yəni yırtıq aşkarlanır. İxtisasca cərrah olmayan insan həmin an mütləqdir ki, burada yalnız estetik görünüməyə önəm verəcək. Ancaq peşəkar cərrah nəinki estetik görünüşə, həm də pasientin sağlamlığına önəm verir, problemi fəsadsız aradan qaldırır.
Ümumiyyətlə, həkimlik peşəsi o qədər dəyərli bir peşədir ki, burada savad və təcrübə ilə yanaşı, işinə məhəbbət də önəm daşımalıdır...
Ceyhunə həkimin biliyi-savadı qədər təcrübəsi də var. Onun təcrübi bacarığı biliyi ilə həmahəngdir deyə hər hansı əməliyyat zamanı fəsadlara dəqiq prizmadan yanaşır, pasiyentlərini razı və məmnun edir.
Biz təbii ki, həmişə belə bir fikirdə olmuşuq ki, xəstəni məhz Ceyhunə xanım kimi ixtisaslı həkimə etibar etmək lazımdır. Əks halda, əməliyyatlar uğursuz keçir, xəstə bu və ya digər səbəbdən ya vəfat edir, ya da müxtəlif xoşagəlməz hallara məruz qalır. Buna isə bəzən cəmiyyət özü zəmin yaradır...
Biz Ceyhunə Kazımlının həkim bacarığının vurğunuyuq. Təkcə bizmi? Bu dəqiqə insanlar arasında qısa bir sorğu keçirsək, görərik ki, cəmiyyət insanlarının böyük əksəriyyəti Ceyhunə Kazımlının sənətindən, təcrübi bacarığından hədsiz razıdır.
Belə yerdə atalar nə deyir: ”Çörəyi ver çörəkçiyə, birini də üstəlik”.
Sizə sənət yollarında bundan sonra da müvəffəqiyyət arzulayırıq, Ceyhunə Kazımlı!
Ellada Həziyeva
Вернуться назад