DataLife Engine > sosial > BMTB ETİ-nin Ucardakı Şirvan təcrübə stansiyasında müxtəlif yerli və xaricdən gətirilmiş sortların zərərverən orqanizmlərə, quraqlığa və bir sıra digər stress amillərinə qarşı dayanıqlığı öyrənilir

BMTB ETİ-nin Ucardakı Şirvan təcrübə stansiyasında müxtəlif yerli və xaricdən gətirilmiş sortların zərərverən orqanizmlərə, quraqlığa və bir sıra digər stress amillərinə qarşı dayanıqlığı öyrənilir


8-08-2025, 16:13. Разместил: heqiqet İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru,, AMEA-nın müxbir üzvi, professor

Bu gün qeyd etdiyim gün və saatda Bitki Mühafizə və Texniki Bitkilər ETİ - nin Ucar rayonunda yerləşən Şirvan təcrübə stansiyasında oldum, burada müxtəlif yerli və xaricdən gətirilmiş sortların zərərverən orqanizmlərə, quraqlığa və bir sıra digər stress amillərinə qarşı dayanıqlığı öyrənilir. Qlobal istiləşmə nəticəsində formalaşan meteoroloji şərait, humusla zəngin olmayan torpaqlar, isti quru küləklər və s amillərin zərərli təsirinə baxmayaraq təcrübə altında olan pambıq əkinlərində bitkilərin sortlardan asılı olaraq ümumi vəziyyəti bu gün üçün yaxşıdır. Sahələrdə tədqiqatların metodikasına uyğun olaraq 1,2,3 suvarılma aparılmış, vegetasiya kultivasiyaları ilə yanaşı torpaq analizlərinin cavablarına uyğun makro və mikro elementlər verilmiş, boy nizamlayıcıları çilənmişdir. Stansiya əməkdaşları ilə səmimi söhbətlər aparılmış, onların fikirləri öyrənilmiş və bəzi məsələlər yerində həll edilmişdir. İnstitut rəhbəri kimi sadə, zəhmət adamların yanında olmaqdan, onların bu kəskin istilərdə çəkdikləri zəhmətdən qürurlanır və həmin insanlara təşəkkürlərimi bildirirəm.







Вернуться назад