DataLife Engine > idman > Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar

Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar


22-09-2025, 13:02. Разместил: heqiqet Azərbaycan taekvondoçuları Polşada keçirilən “Polish Open” turnirində 3 medal qazanıblar.

Federasiyadan bildirilib ki, qadınlar arasında Minayə Əkbərova (46 kiloqram) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin yarışında isə Qaşim Maqomedov (63 kiloqram) və Cavad Ağayev (80 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Вернуться назад