DataLife Engine > sosial >
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Belarusa işgüzar səfəri başlayıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Belarusa işgüzar səfəri başlayıb
22-09-2025, 13:08. Разместил:
heqiqet

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin belaruslu həmkarı ilə görüşü nəzərdə tutulub.
Вернуться назад