DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan ölkələrin sayı 28-ə çatıb
15-10-2025, 11:39. Разместил: heqiqet
Son olaraq, İngiltərə, Seneqal və Kot-d'İvuar kollektivləri mundialda iştirak hüququ əldə ediblər.
Daha əvvəl turnirə ev sahibliyi edəcək ABŞ, Meksika və Kanada ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika Respublikası, Qətər və Səudiyyə Ərəbistanı yığmalarının mundialda iştirakı dəqiqləşib.
Qeyd edək ki, ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı iyunun 11-dən iyulun 19-dək təşkil olunacaq.
Вернуться назад