DataLife Engine > siyaset / gundem > TÜRKPA-nın yeni Baş katibi səlahiyyətlərinin icrasına başlayıb

TÜRKPA-nın yeni Baş katibi səlahiyyətlərinin icrasına başlayıb


15-10-2025, 11:49. Разместил: heqiqet Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Erdən yeni seçilmiş Baş katib Ramil Həsənə təhvil verilib.

Oktyabrın 15-də təşkilatın Baş ofisində keçirilən mərasimdə TÜRKPA-nın bayrağının təqdim olunması prosesi baş tutub.

Qeyd edək ki, TÜRKPA-nın 14-cü plenar iclasında qəbul edilmiş Qərara əsasən, Ramil Həsən TÜRKPA-nın Baş katibi seçilib.
Вернуться назад