Azərbaycan Universitetinin 90 tələbəsi PTE sertifikatı əldə edib
24-10-2025, 11:06. Разместил: heqiqet
Bu barəd universitetdən məlumat verilib. Bildirilib ki, sertifikatların təqdim olunması mərasimi isə ənənəvi olaraq hər tədris ilinin başlanğıcında təşkil olunur.
Qlobal təhsil və karyera imkanlarının genişləndiyi dövrdə PTE sertifikatı ingilis dili bacarıqlarını təsdiqləməklə birlikdə, gənclərin həm yerli səviyyədə rəqabət imkanlarını artırır, həm də beynəlxalq arenaya çıxış imkanlarını dəstəkləyir. Sertifikat dünyada minlərlə aparıcı universitet, nüfuzlu qurum və təşkilat tərəfindən rəsmi şəkildə tanınır.
Azərbaycan Universiteti 2018-ci ildən ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının imtahan altmərkəzi kimi təsdiq olunub. PTE ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biridir. Kompüter əsaslı olması və sürətli nəticə verməsi ilə fərqlənir, imtahanın nəticələri avtomatlaşdırılmış texnologiyadan istifadə edilməklə hesablanır. Bu, insan faktorunu minimuma endirir və obyektiv nəticə təmin edir.
Azərbaycan Universitetinin qeyd olunan beynəlxalq sertifikatın təlimlərini və imtahanlarını təşkil etmək hüququ var. 2018-2025-ci illər ərzində universitetin 90 tələbəsi PTE sertifikatını əldə edib.
Вернуться назад