Şanlı Zəfər salnaməsindən 5 il ötür
31-10-2025, 13:49. Разместил: heqiqet
Beləliklə, 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsinda Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. 8 noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Nəhayət, düşmən ağ bayraq qaldıraraq təslim olduğunu açıqladı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə hazırıq” – deyən Azərbaycan əsgəri və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. 10 noyabr tarixində kapitulyasiya aktı imzalandı. Bu Ermənistanın öz məğlubiyyətini etiraf etməsi idi. Daha sonra isə Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı.
Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan xalqı şanlı salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu qürurverici və əzəmətli qələbənin müəllifi xalqımızın Ümum- -milli lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.
Xalqımızı Zəfər gunu münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıram.
Var olsun Ali baş Komandan.
Yaşasın güclü Azərbaycan ordusu.

Jalə Qədirova,
288 nömrəli tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini
Вернуться назад