DataLife Engine > dunya > Polşanın Baş Qərargah rəisi: Ölkəyə qarşı hücum hazırlanır

Polşanın Baş Qərargah rəisi: Ölkəyə qarşı hücum hazırlanır


18-11-2025, 13:09. Разместил: heqiqet Polşanın Baş Qərargah rəisi: Ölkəyə qarşı hücum hazırlanır Polşa Ordusunun Baş Qərargah rəisi Veslav Kukula bəyan edib ki, adını açıqlamayan düşmən Polşa ərazisinə silahlı hücum hazırlığına başlayıb.

Bu barədə “Rzecz Pospolita” qəzeti məlumat yayıb.

“Düşmən müharibəyə hazırlaşmağa başlayıb. Burada müəyyən mühit yaradılır ki, bu da Polşa ərazisində potensial təcavüz üçün əlverişli şərait yaradılmasına gətirib çıxarmalıdır”, - deyə Kukula bildirib.

“Politico” nəşrinin hələ mart ayında yaydığı məlumata görə, Polşa Müdafiə Nazirliyi müharibə vəziyyətində ölkəni müdafiəyə hazırlamağa başlayıb. “Proqramın birinci məqsədi ehtiyat qüvvələrin sayını və keyfiyyətini artırmaqdır. İkinci məqsəd daha vacibdir: hər kəs hərbi təlim keçməsə də, biz cəmiyyəti böhranın nəticələrinə hazırlamalıyıq”, - deyə Veslav Kukula müsahibəsində vurğulayıb.
Вернуться назад