Tramp: Ukrayna müəyyən ərazilərdən imtina etməlidir
26-11-2025, 10:17. Разместил: heqiqet
ABŞ lideri bunu Floridaya gedərkən təyyarəsində jurnalistlərlə söhbətində deyib.
“Baxın, hər şey bir istiqamətdə gedir. Nəhayət, yaxın bir neçə ay ərzində bu torpaqlar Rusiyanın əlinə keçə bilər. Deməli, ya döyüşüb daha 50–60 min insan itirmək istəyirsiniz, ya da elə indi nəsə etmək istəyirsiniz”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib: “Bu müharibə illərlə davam edə bilər və Rusiyanın daha çox insan və hərbi resursu var. Ona görə mən hesab edirəm ki, Ukrayna saziş bağlaya bilsə, bu, yaxşı olardı. Düşünürəm ki, bu, hər iki tərəf üçün əla seçim olar”.
Вернуться назад