Tramp: ABŞ kosmosda Rusiya və Çin üzərində üstünlüyə malikdir
28-11-2025, 12:19. Разместил: heqiqet
Bunu ABŞ Prezidenti Donald Tramp Şükranlıq bayramı münasibətilə hərbçilərə müraciətində bildirib.
“Biz indi kosmosda hökmranlıq edirik, halbuki əvvəllər Çin və Rusiyaya uduzurduq. Kosmik gücümüz yox idi”, – deyə o vurğulayıb.
Tramp qeyd edib ki, Pentaqonun Kosmik Qüvvələri kosmosda “inanılmaz işlər görür”.
Sentyabrın 2-də Ağ Ev rəhbəri bəyan etmişdi ki, ABŞ Kosmik Qüvvələri yaradılmamışdan əvvəl ölkə kosmos yarışında Rusiya və Çindən geri qalırdı. Onun sözlərinə görə, hazırda Birləşmiş Ştatlar kosmosda bir nömrədir.
Вернуться назад