DataLife Engine > idman > Dünya çempionatı: Azərbaycanın bir boksçusu finalda, ikisi bürünc medal qazanıb

Dünya çempionatı: Azərbaycanın bir boksçusu finalda, ikisi bürünc medal qazanıb


12-12-2025, 10:51. Разместил: heqiqet Azərbaycan boksçusu Sübhan Mamedov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Sahil Alahverdoviyə qalib gəlib. O, həlledici qarşılaşmada bu gün Rusiya təmsilçisi Edmond Xudoyanla döyüşəcək.

Digər boksçularımız Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) isə finala gedən yolda məğlub olaraq, bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
Вернуться назад