Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb
19-12-2025, 18:18. Разместил: heqiqet
BMMT-dən bildirilib ki, görüş zamanı BMMT ilə Azərbaycan Respublikası arasında uzunmüddətli və konstruktiv tərəfdaşlığı qeyd olunub. Baş katib Azərbaycanın təşkilata göstərdiyi davamlı dəstəyə və beynəlxalq əməkdaşlığa sadiqliyinə görə minnətdarlığını ifadə edib, ölkənin mülki müdafiə və fövqəladə halların idarə olunması sahələrində zəngin təcrübəsini diqqətə çatdırıb. O, həmçinin Baş nazir Əli Əsədovu BMMT-də həyata keçirilən institusional islahatlar, üzvlüyün genişləndirilməsi istiqamətində görülən işlər və planlaşdırılan humanitar təşəbbüslər barədə məlumatlandırıb.
Baş nazir Əli Əsədov Azərbaycanın BMMT ilə əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyərək, ölkəmizin beynəlxalq qurumla münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi əhəmiyyəti vurğulayıb.
Görüşdə əməkdaşlığın gələcək inkişafı ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Вернуться назад