Salyanda heyvan bazarı yenidən qurulub
26-12-2025, 11:36. Разместил: heqiqet
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Salyan rayonunda yerləşən heyvan bazarında yenidənqurma işləri yekunlaşdırılıb.
Aparılan işlər zamanı bazar ərazisi hasarlanıb, bütün sahə betonlanıb, bazarın giriş hissəsində baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb. Eyni zamanda, iri və xırdabuynuzlu heyvanlar üçün ayrı-ayrı satış pavilyonları quraşdırılıb, yem anbarı inşa edilib, həmçinin tullantıların yığılması və idarəolunması məqsədilə xüsusi sahə ayrılıb.
Yaxın günlərdə bazarın fəaliyyətə başlaması ilə bağlı məsələyə agentlik tərəfindən baxılması nəzərdə tutulur.
Вернуться назад