DataLife Engine > idman > Çempionlar Liqası: “Qarabağ” bu gün “Ayntraxt”la qarşılaşacaq

Çempionlar Liqası: “Qarabağ” bu gün “Ayntraxt”la qarşılaşacaq


21-01-2026, 14:22. Разместил: heqiqet Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsində yeddinci oyununa çıxacaq.

Ağdam təmsilçisi Almaniyanın “Ayntraxt” kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq. Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, “Qarabağ” hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt klubu isə 4 xalla 33-cü yerdədir.
Вернуться назад