DataLife Engine > hadise > Xəzər rayonunda marketdən oğurluq edən saxlanılıb

Xəzər rayonunda marketdən oğurluq edən saxlanılıb


23-01-2026, 16:14. Разместил: heqiqet Xəzər rayonunda marketdən oğurluq edən saxlanılıb Xəzər rayonu ərazisində naməlum şəxs müştəri kimi marketə daxil olaraq oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V. Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun 1 nəfərə məxsus velosipedi oğurlayaraq satdığı da məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.
Вернуться назад