“Məmməd Süleymanov” gəmisi SOCAR-ın “Qoşadaş” sahəsindəki tədqiqat işlərinə cəlb olunub
12-03-2026, 11:43. Разместил: heqiqet
ASCO-dan bildirilib ki, işlərə başlamazdan əvvəl gəmi Qaradağ limanında layihəyə hazırlıq məqsədilə müvafiq avadanlıqlarla təchiz olunub.
“Məmməd Süleymanov” gəmisi dənizin kontinental şelfində stasionar hidrotexniki qurğuların tikintisinin və üzən qazma qurğuların nöqtəyə qoyulmasının təmin edilməsi məqsədilə dəniz dibinin mühəndis-geoloji tədqiqatlarının aparılması və mühəndis-geoloji planının hazırlanması üçün nəzərdə tutulub.
Gəmi vasitəsilə dənizin 300 metrədək dərinliyində çöküntü süxurlarının yuxarı qatının geoloji quruluşu seysmoakustik metodlarla, həmçinin qurunt nümunələri götürülməklə öyrənilir.
“Məmməd Süleymanov” gəmisinin uzunluğu 45 metr, eni 9 metr, bortunun hündürlüyü isə 5 metrdir.
Вернуться назад