DataLife Engine > siyaset >
Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub
Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub
16-03-2026, 21:10. Разместил:
heqiqet

Martın 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
Xocavəndə səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub.
Qərargahın üzvlərinə, həmçinin ərazidə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.
Вернуться назад