DataLife Engine > iqtisadiyyat > Əsas kapitala yönəldilmiş investisiyanın 19,7 faizi tikinti işlərinə xərclənib

Əsas kapitala yönəldilmiş investisiyanın 19,7 faizi tikinti işlərinə xərclənib


15-04-2026, 12:09. Разместил: heqiqet Yanvar-mart aylarında əsas kapitala yönəldilmiş 4 milyard 49,8 milyon manat vəsaitin 19,7 faizi tikinti işlərinin yerinə yetirilməsinə sərf olunub.

Hesabat dövründə ölkədə 29,7 milyard manat məbləğində ümumi daxili məhsul üzrə əlavə dəyərin 4,6 faizi tikinti sahəsində istehsal edilib. Hesabat dövründə emal sektorunda tikinti materiallarının istehsalı 12,4 faiz artıb. Əsas kapitala yönəldilmiş investisiyanın 510,4 milyon manatı (12,6 faizi) yaşayış evlərinin tikintisinə sərf edilib.

Aprelin 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 6,5 faizi tikinti sahəsində məşğul olub.
Вернуться назад