DataLife Engine > idman > Avropa çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur

Avropa çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur


Bu gün, 15:33. Разместил: heqiqet Avropa çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq.

İkinci yarış günündə Nihat Məmmədli (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Qurban Qurbanov (82 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Bu gün, həmçinin Rəşad Məmmədov (55 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) bürünc medal uğrunda yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
Вернуться назад